Belçikada təhsil almaq istəyən azərbaycanlılar üçün viza proseduru

Azərbaycanda Belçika səfirliyi fəaliyyət göstərsə də, sözügedən səfirlik konsulluq xidmətləri göstərmir. Buna görə də, Belçikada təhsil almaq istəyən azərbaycanlılar viza almaq üçün Türkiyədə yerləşən “VFS Global” şirkətinə müraciət etməlidirlər. Bu şirkətin Ankara, İstanbul, Antalya və Qaziantep şəhərlərində ofisləri var və viza almaq istəyən şəxslər həmin filiallara müraciət etməlidirlər.

Müraciət etməzdən öncə bu link vasitəsilə mütləq vaxt seçməyiniz tələb olunur. Bu vaxt şirkətə hansı tarixdə və saatda getməli olduğunuzu göstərir. Tələb çox olduğundan müraciət edəcəyiniz vaxtı mümkün qədər tez seçməyiniz tövsiyə olunur (təxminən ən az bir ay öncədən seçilməsi tövsiyə olunur).

Belçikada özəl olmayan universitetlərdə (“public institutions”) təhsil alacaq tələbənin viza alması üçün aşağıdakı sənədlər tələb olunur. Bu sənədlərin hər birinin 2 kopyası mütləq çıxardırmalıdır. Siz “VFS Global”a sənədlərinizin kopyalarını təqdim edəcəksiniz və sənədlərin əsli sizə qaytarılacaq


Passport

Pasportunuzun ən az iki səhifəsi boş olmalıdır və etibarlılıq müddətinin bitməsinə 12 aydan daha az müddət qalmamalıdır. Yəni, əgər siz viza almağa 2022-ci ilin iyul ayında müraciət edirsinizsə, pasportunuzun etibarlılıq müddəti 2023-ün iyul ayından daha sonrakı müddəti əhatə etməlidir: məsələn, 2023-cü ilin avqustu və ya 2025-ci ilin istənilən ayı.

Əgər viza müraciəti üçün Türkiyəyə getmisinizsə və pasportunuz sizə lazımdırsa, sənədlərinizi təqdim edən zaman bunu “VFS Global”ın işçilərinə bildirin. Viza əldə etmə prosesi zamanı pasportunuz da özünüzdə qala bilər.

Şəxsiyyət vəsiqənizi unutmayın.

Ərizə forması onlayn qaydada Belçika hökumət portalının veb saytından doldurulur link. Burada elektron poçtla qeydiyyatdan keçib “yeni ərizə yaratmaq” (“create a new visa application form”) bölməsinə daxil olmalısınız (aşağıdakı şəkildə qırmızı ilə altından xətt çəkilib)

Ərizə

Daha sonra açılan pəncərədə “long stay >90 days” seçib aşağıdakı “Please read the General Data Protection Regulation (GDPR) for long stay visa” yazısına daxil olmalısınız. Bu yazıya daxil olmasanız növbəti mərhələyə keçid mümkün olmayacaq. Daxil olduqdan sonra yeni pəncərə açılacaq və burada sizə məxsus məlumatların necə qorunduğu izah edilir. Oxuduqdan sonra əvvəlki pəncərəyə qayıdın və “I have read and agree with the General Data Protection Regulations (GDPR).” qarşısındakı boş kvadrata klikləyin.

Long stay more than 90 days

Növbəti pəncərədə ərizə forması açılacaq və bu formada özünüzlə bağlı sualları cavablandırmalısınız. Ərizə formasını tamamladıqdan sonra səhv etdiyinizi anlasanız yenisini yaza bilərsiniz. Formanı doldurmaqla bağlı suallarınızı info@cieip.eu imeylinə göndərə bilərsiniz. Ərizə forması hazır olduqdan sonra onu çap edin, əlavə 2 kopyasını çıxardın və imzalayın.

Şəkil son 6 ərzində çəkilmiş olmalıdır və biometrik olması daha yaxşıdır. Diqqət: Bu şəkil formatı ənənəvi “3-ün 4-ə” formatında deyil. Fotoqrafa formatın 35x45 mm olduğunu bildirin.

Bu forma sizə “VFS Global” tərəfindən təqdim olunacaq və eyni sual ərizə formasında da soruşulacaq. Əgər fransız, alman və ya holland dillərini bilmirsinizsə və ərizə formanızı ingiliscə yazmısınızsa, “no preference” seçimini edə bilərsiniz. Ümumiyyətlə, bu sənəddəki dil seçimi çox da vacib deyil. Sadəcə siz viza aldıqdan sonra Belçikaya gəldikdə nə etməli olduğunuz barədə məlumatlar seçdiyiniz dildə sizə təqdim olunacaq.

Bu ödəniş çox vacibdir və “VFS Global”a müraciət etmədən öncə ödənilməlidir. Ödəniş çeki “VFS”ə digər sənədlərlə birgə təqdim edilməlidir. Ödənişin miqdarı hal-hazırda (2022-ci il) 208 avro təşkil edir (link). Ödəniş aşağıdakı bank hesabına ödənilməlidir:

FPS Home Affairs, Immigration Office, Boulevard Pacheco 44, 1000 Brussels.
IBAN: BE57 6792 0060 9235
BIC: PCHQBEBB
Bank: BPOST SA, Centrum Monnaie (without number), 1000 Brussels

Ödənişin detallarında soyadınızın, adınızın, milliyətinizin və doğum tarixinizin müvafiq ardıcıllıqla yazılmasını bank işçisindən xahiş edin.

Bu məbləğ “VFS”ə ödəyəcəyiniz ödənişlərə daxil deyil və birbaşa Belçika dövlətinə ödənilir. “VFS Global” yerində sizdən ümumilikdə 4110 türk lirəsi ödəniş tələb edəcəkdir. “VFS”ə ödəyəcəyiniz məbləği mütləq türk lirəsi ilə verin.

Bu sənədi Bakı şəhərində Cavanşir körpüsünün yanında yerləşən “International SOS Baku Clinic” xəstəxanasından əldə etməlisiniz. Xəstəxana sizi müayinə edəcək və əgər problem çıxmazsa, elə həmin gün ingilis dilində sertifikat təqdim edəcək.

Bu arayışı ASAN Xidmət mərkəzlərindən ödənişsiz və dərhal əldə edə bilərsiniz. Sənədə apostil vurulmalıdır və bu proses ASAN Xidmətdə 10 gün çəkir. Daha sonra apostilli sənəd tərcümə və leqalizasiya edilməlidir (ASAN Xidmətdə mümkündür). Nəzərə alın ki, ümumi proses təxminən 15-20 gün çəkəcəkdir.

Qəbul olduğunuz universitet tərəfindən sizə göndərilmiş məktubu çap edib “VFS Global”a təqdim edin.

Əgər bakalavr təhsili üçün Belçikaya gəlirsinizsə, apostilli tərcümə və leqalizasiya edilmiş attestatınızı təqdim etməlisiniz. Əgər magistr təhsili alacaqsınızsa, bakalavr diplomunuza apostil vurulmalı, daha sonra tərcümə edilərək leqalizasiya edilməlidir. Bütün proseslər ASAN Xidmətdə mümkündür və ümumi 15-20 gün vaxtınızı alacaqdır. Əgər diplomunuzu hələ əldə etməmisinizsə, bu barədə bakalvr təhsili aldığınız ali təhsil müəssisəsinə müraciət edin. Adətən xaricdə təhsil almaq istəyən tələbələrə diplomaları daha tez verilir.

Bu sənəd 4 formada əldə edilə bilər:

a) əgər təqaüd alacaqsınızsa, onun barəsində sənədi təqdim etməklə;
b) sizə zamin duran şəxs vasitəsi ilə (annex 32)
Zamininiz ya Avropa İttifaqı (Aİ) ölkələrinin birində daimi yaşayış icazəsi olan şəxs, ya Aİ ölkəsi vətəndaşı olan şəxs, ya da sizin yaxın qohumunuz olmalıdır. Zamin durmaq istəyən şəxsin aylıq gəliri ən azı 2576 avro olmalıdır və bunu sübut etməlidir.
c) Universitet depoziti
Bu imkan bir çox Belçika universitetlərində mövcuddur. Əvvəlcədən universitetin hesabına tələb olunan qədər (məsələn: KU Leuven üçün 11500 avro) pul köçürürsünüz və bu barədə universitetdən arayış alırsınız. Həmin arayışı “VFS Global”a təqdim etməlisiniz. Belçikaya gəldikdən sonra Belçikada bank hesabı açmalısınız və universitet ödədiyiniz məbləği hər ay (KU Leuven ayda 950 avro) sizin hesabınıza köçürdəcəkdir.
Bu barədə qəbul olduğunuz universitetdən yazıb soruşmağınız daha yaxşı olar.
d) öz gəlirlərinizi göstərməklə
Əgər gəlir yeriniz varsa, bu seçimi edə bilərsiniz.

Sığorta bütün Şengen ölkələri üçün keçərli və minimum 30 min avro dəyərində olmalıdır. Bu sığorta Belçikada qalacağınız bütün müddəti əhatə etməlidir. Azərbaycanda sığorta şirkətlərindən əldə etmək mümkündür.

Türkiyəyə getmədən viza almaq

Türkiyəyə getmədən də viza üçün müraciət etmək mümkündür. Bu halda siz hansısa poçt xidməti vasitəsi ilə (məsələn: DHL) yuxarıda yazılan sənədlərin əsillərini və 2 kopyasını VFS-in İstanbul ofisinə göndərməlisiniz. Sənədlər hamısı bir zərfə yığılmalı və həmin zərf təhlükəsizlik məqsədilə polister şəffaf fayla qoyulmalıdır. Təəssüf ki, VFS zədələnmiş zərflərdəki sənədlərə baxmır. Ona görə də maksimum diqqətli olmaq tövsiyyə olunur.

Sənədlərə əlavə olaraq, VFS-in xidmət haqqı və viza rüsumu ödənilməlidir (viza rüsumu 3600 TL + 510 TL xidmət haqqı=4110 TL). Əgər ödənişi avro ilə etmisinizsə, türk lirəsinin həmin günkü kursuna uyğun olaraq sizdən əlavə pul tələb edilə bilər. Bu barədə sizə imeyl göndəriləcək. Əgər avro ilə ödədiyiniz məbləğ türk lirəsinin həmin günkü kursuna uyğun olaraq artıqdırsa, VFS artıq hissəni sizə qaytaracaqdır.

Ödənişlər dəyişə bilər. Mütəmadi olaraq bu saytı yoxlayın

VFS-in bank hesabı:

Bank Account name: Gateway Management Lojistik A.Ş
Bank name: GARANTI BBVA BIC/SWIFT
Code: TGBATRIS (TRY)
IBAN Number: TR97 0006 2001 6710 0006 2981 42 (EUR)
IBAN Number: TR06 0006 2001 6710 0009 0894 03
Təsvir yerinə GW1000 yazılmalıdır.

VFS-in adresi:

VFS Global Belgium Visa Application Centre (Istanbul/Beyoğlu) Hacıahmet Mh. Kurtuluş Deresi Cd. No:29 (Elysium Soul) Beyoğlu-İstanbul-Turkey 34440

Göndərəcəyiniz zərfin üzərində VFS-in adresindən əlavə öz adresiniz, adınız soyadınız, işlək imeyliniz, telefon nömrəniz mütləq qeyd edilməlidir. Kuryer şirkətindən zərfin Azərbaycandan “VFS Global Belgium Visa Service”ə göndərildiyini qeyd etməsini xahiş edin.

Siz vizanız hazır olanda sənədlərinizi geri almaq üçün eyni kuryer şirkətindən istifadə etməlisiniz. Məsələn, əgər Azərbaycandan göndərdiyiniz sənədləri DHL-lə göndərmisinizsə, viza hazır olanda yenə DHL-ə müraciət etməlisiniz. Hər iki kuryer xidmətinin haqqını siz ödəməlisiniz və çeki VFS-ə imeyllə təqdim etməlisiniz.

Bu yazı məlumat xarakterlidir. Viza prosesində hər hansı uğursuzluğa görə CIEIP məsuliyyət daşımır. Zəhmət olmasa, viza prosesi ilə bağlı suallarınızı “VFS Global”a info.belgiumtr@vfshelpline.com ünvanlayın.